...

SENTYABRIN 11-NƏ OLAN KRİMXRONİKA

Hadisə Materials 12 Sentyabr 2005 16:13 (UTC +04:00)

Sentyabrın 11-də daxili işlər orqanları tərəfindən 12 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 9-nun üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 6 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəcitəcə 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 6 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 14 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti