...

Yanvarın 5-nə olan krimxronika

Hadisə Materials 6 Yanvar 2006 16:55 (UTC +04:00)

Yanvarın 5-də daxili işlər orqanları tərəfindən 20 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 13-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 2 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol hadisəsi baş verib, nəticədə 3 nəfər yaralanıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 4, silah-sursatla əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 15 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti