...

Çətin keçən uşaqlığın gələcək nəsillər üçün faydası sübut edilib

Maraqlı Materials 19 Noyabr 2014 12:55 (UTC +04:00)
Erkən uşaqlığı stress şəraitində keçən erkək siçanlardan dəyişən şəraitə əla uyğunlaşmaq qabiliyyətinə malik nəsil dünyaya gətiriblər.
Çətin keçən uşaqlığın gələcək nəsillər üçün faydası sübut edilib

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Erkən uşaqlığı stress şəraitində keçən erkək siçanlardan dəyişən şəraitə əla uyğunlaşmaq qabiliyyətinə malik nəsil dünyaya gətiriblər. Trend-in məlumatına görə, uşaq əzablarının gələcək nəsillər üçün faydası haqqında "Nature Communications" jurnalı məlumat verir.

Belə ki, bioloqlar siçan balalarını iki həftəliyə analarından ayırıblar, eyni zamanda, onlar üçün stressli şərait yaradıblar. Daha sonra balaları öz valideynlərinə qaytarıblar. Sonralar erkəklərin travmatik sınaqdan keçmiş nəsilləri bir çox davranış testlərini daha uğurla keçiblər. İndividlər daha aydın məqsədi olan və uyğunlaşan olublar.

Alimlər qeyd ediblər ki, davranışın yeni xüsusiyyətləri gendə mineral kortikoid reseptor üçün cavab verən epigenetik dəyişikliklərlə müşayiət olunurdu. Bu maddə, çoxdan məlum olduğu kimi, stressə reaksiyada mühüm rol oynayır.

Heyvanlar üzərində təcrübələrin əksəriyyəti göstərir ki, güclü stress ilk həftələrdə heyvanların həyatına mənfi təsir göstərib. Belə ki, onlarda immunitet aşağı düşüb, davranışlar daha həyəcanlı olub, zehni qabiliyyətlər aşağı düşüb. Lakin bəzi araşdırmalar göstərir ki, anadan olduqdan sonra stressə məruz qalma həyatın daha sonrakı mərhələlərində bir sıra üstünlüklərə səbəb olur. Və nəhayət, alimlər aşkar ediblər ki, stressin müsbət nəticələri irsən ötürülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti