...

Sürücü lotereyadan 153 milyon dollar udub

Maraqlı Materials 1 Avqust 2015 21:00 (UTC +04:00)
ABŞ-da yük avtomobilinin sürücüsü Stiven Pelokin Pensilvaniyadakı dayanacaqdan aldığı “Meqa Milyonlar” lotereya bileti ilə 153 milyon dollar udub.
Sürücü lotereyadan 153 milyon dollar udub

Azərbaycan, Bakı, 1 avqust /Trend/

ABŞ-da yük avtomobilinin sürücüsü Stiven Pelokin Pensilvaniyadakı dayanacaqdan aldığı "Meqa Milyonlar" lotereya bileti ilə 153 milyon dollar udub.

Trend-in "Associated Press"-ə istinadən verdiyi məlumata əsasən, qalibin qarşısında iki seçim olub: dərhal uduşun 92 milyon dollarını və ya 30 il ərzində bütün məbləği almaq. Sürücü ikinci variantı seçib.

S.Pelokin bildirib ki, uduş arvadı ilə ona işdən ayrılmağa və ailələri ilə daha çox vaxt keçirməyə imkan verəcək.

Pelokinlər ailəsi Virciniya ştatında yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti