...

"KAMAZ" Azərbaycanın işğal edilmiş ərazilərində öz maşınlarının yığılması haqqında məlumatı təsdiqləməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2012 13:21 (UTC +04:00)
"KAMAZ" ASC Dağlıq Qarabağ ərazisində "KAMAZ" markalı maşınlarının yığılması və istehsalı barədə məlumatı təsdiqləmir.
"KAMAZ" Azərbaycanın işğal edilmiş ərazilərində öz maşınlarının yığılması haqqında məlumatı təsdiqləməyib

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir C. Nəsibova/

"KAMAZ" ASC Dağlıq Qarabağ ərazisində "KAMAZ" markalı maşınlarının yığılması və istehsalı barədə məlumatı təsdiqləmir. Bu barədə çərşənbə axşamı Trend-ə "KAMAZ" ASC-dən bildirilib.

Ermənistanın ARKA agentliyinin məlumatına əsasən, "KAMAZ" markalı ixtisaslaşmış maşınlar 2012-ci ilin mayından etibarən Dağlıq Qarabağ ərazisində yığılır və istehsal edilir.

"AKA 27-18" maşınlarının yığılması üzrə müəssisənin rəhbəri Artur Babayanın sözlərinə görə, maliyyə vəsaitlərinə qənaət etmək məqsədi ilə maşınlar üçün ehtiyat hissələri Rusiyadan idxal edilir və artıq yerində tam yığılır.

Onun sözlərinə görə, həmçinin artıq 1 ədəd "KAMAZ" markalı qartəmizləyici maşın istismara hazırdır və 5 ədəd zibilyığan maşının yığılmasına dair sifariş qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti