...

Cəbhə bölgəsindəki hərbi hissələrin mənəvi-psixoloji hazırlığı yoxlanılır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Yanvar 2015 20:32 (UTC +04:00)
Aparılan söhbət zamanı şəxsi heyət doğma yurdumuzdan işğalçıları qovmaq üçün son damla qanlarınadək döyüşəcəklərini bildiriblər.
Cəbhə bölgəsindəki hərbi hissələrin mənəvi-psixoloji hazırlığı yoxlanılır (FOTO)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin mənəvi-psixoloji hazırlıq səviyyəsi yoxlanılır.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, nazirin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev və Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov idarə heyəti ilə birgə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yoxlanılması məqsədilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdədirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlar birlik və birləşmələrin şəxsi heyəti ilə görüşlər keçirərək vəziyyətlə yerində tanış olub, hərbi qulluqçuların günün nizam qaydalarına uyğun fəaliyyəti və sosial-məişət şəraiti ilə maraqlanıblar.

Bütün birlik və birləşmələrdə müxtəlif kateqoriyalardan olan şəxsi heyətlə keçirilən görüşlərdə hərbi qulluqçuların vətənpərvərlik ruhu, qalibiyyət əzmi, döyüş hazırlığı və maddi-texniki təminatı yüksək qiymətləndirilib.

Aparılan söhbət zamanı şəxsi heyət doğma yurdumuzdan işğalçıları qovmaq üçün son damla qanlarınadək döyüşəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti