Bakı. Rufiz Hafizoğlu - Trend:
Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab verməklə öz hərbi qabiliyyətini sübut etdi. Bunu Trend-ə Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Tədqiqatları Proqramının direktoru Svante Kornell deyib.
O qeyd edib ki, 2014-cü ildə Ermənistan tərəfi belə təxribatı artıq törətmişdi: "Ermənistanın təxribat törətdiyi vaxtı nəzərə alsaq, görərik ki, bu təxribat ABŞ-da nüvə sammitindən sonra baş verdi. Bu, sadəcə təsadüf deyil".