...

Almaniya Minsk qrupunun insidentlərin araşdırılması üzrə səylərini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2016 15:39 (UTC +04:00)
ATƏT-də sədrlik edən Almaniya təşkilatın Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılması mexanizminin yaradılması üzrə səylərini dəstəkləyir.
Almaniya Minsk qrupunun insidentlərin araşdırılması üzrə səylərini dəstəkləyir

Bakı. Anaxanım Hidayətova - Trend:

ATƏT-ə sədrlik edən Almaniya təşkilatın Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılması mexanizminin yaradılması üzrə səylərini dəstəkləyir.

Bunu Trend-ə Almaniyanın ATƏT-dəki nümayəndəliyinin ofisinin mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bildiriblər ki, Almaniyanın ATƏT-dəki sədrliyi Minsk qrupunun həmsədrlərinin işini, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin komandasının genişləndirilməsi üzrə işi tam dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti