...

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alındı - düşmən itki verdi (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2017 09:33 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb. Düşmən itki verərək geri çəkilib.
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alındı - düşmən itki verdi (VİDEO)

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb. Düşmən itki verərək geri çəkilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.

Düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti