...

BORİS ÇİLEVİÇ: AVROPA ŞURASI BİRMƏNALI ŞƏKİLDƏ AZƏRBAYCANIN ƏRAZİ BÜTOVLÜYÜNÜ TANIYIR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2005 14:40 (UTC +04:00)

"Avropa Şurası Azərbaycanın ərazi bütövlüyü məsələsində öz mövqeyini artıq bəyan etmişdir. Qurumun bütün sənədlərində bu mövqe Azərbaycanın ərazi bütövlüyünün tanıması kimi öz əksini tapmışdır".

Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Miqrasiya, Qaçqınlar və Əhali məsələləri komitəsinin Azərbaycan, Gürcüstan və Ermənistandakı qaçqın və məcburi köçkünlərin vəziyyətinə dair məruzəçisi, latviyalı deputat Boris Çileviç iyulun 4-də "Hyatt Regency" mehmanxanasında Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, AŞ Azərbaycanın ərazilərinin Ermənistan hərbi birləşməldəri tərəfindən işğalını tanımır və bunu qəti şəkilə pisləməkdədir.

"Bunula belə Dağlıq Qarabağ kimi ağır münaqişələrin həllində heç də hansısa "böyük əmi"dən- BMT və yaxud Avropa Şurasıından (AŞ) kömək gözləmək lazım deyildir.

Avropa Şurası bacardığı həddə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz dəstəyini verəcək və siyasi dialoqun baş tutması üçün yardım göstərəcəkdir. Amma bununla belə, yaranmış vəziyyətdən çıxış yollarını tərəflər özləri axtarmalıdırlar",- deyə Boris Çeliviç vurğulamışdır.

Onun sözlərinə görə, AŞ-nin münaqişənin həllinə verə biləcəyi töhfə yalnız Azərbaycana ünvanlanmış humanitar yardımların həcminin artırılması şəklində edilə bilər.

Boris Çeliviç daha sonra, təmsil etdiyi qurum çərçivəsində, donor təşkilatlarının diqqətini ağır şəraitdə yaşayan azərbaycanlı qaçqınların vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilməsinə çalışacağını bildirmişdir.

Xəbər lenti

Xəbər lenti