...

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 500 milyon manata qaldırılıb

Siyasət Materials 25 Noyabr 2015 11:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.
Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 500 milyon manata qaldırılıb

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliklə Mərkəzi Bankın Nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata qaldırılıb.

Hazırda Mərkəzi Bankın Nizamnamə kapitalı 10 milyon manat təşkil edir.

Azərbaycan Mərkəzi Bankının kapitalı Nizamnamə kapitalı və kapital rezervləri hesabına formalaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti