...

Nazir: TAP layihəsi Azərbaycanla İtaliya arasında münasibətlərə töhfə verəcək

Siyasət Materials 29 Sentyabr 2016 18:46 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədr müavini Mauro Marinonun rəhbərlik etdiyi senator və deputatlardan ibarət nümayəndə heyətini qəbul edib.
Nazir: TAP layihəsi Azərbaycanla İtaliya arasında münasibətlərə töhfə verəcək

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədr müavini Mauro Marinonun rəhbərlik etdiyi senator və deputatlardan ibarət nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla İtaliya arasında əməkdaşlığın hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Nazir E.Məmmədyarov 2019-cu ildə tamamlanması gözlənilən TAP layihəsinin iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edib və ölkəmizin İtaliya ilə enerji sahəsində əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Bakı Humanitar Forumunda iştirak üçün dəvətə görə nümayəndə heyəti adından təşəkkürünü ifadə edən M.Marino, sözügedən forumun fəaliyyətini yüksək qiymətləndirib və müasir dünyanı narahat edən aktual məsələlərin müzakirəyə çıxarıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti