...

İslam ölkələri müsəlman gənclərin inkişafı sahəsində birgə fəaliyyət göstərəcəklər (FOTO)

Siyasət Materials 6 Oktyabr 2016 15:42 (UTC +04:00)
Bu gün Türkiyənin İstanbul şəhərində, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Gənclər və İdman nazirləri 3-cü Sessiyasının rəsmi açılış mərasimi keçirilib.
İslam ölkələri müsəlman gənclərin inkişafı sahəsində birgə fəaliyyət göstərəcəklər  (FOTO)

Bakı. Trend:

Bu gün Türkiyənin İstanbul şəhərində, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Gənclər və İdman nazirləri 3-cü Sessiyasının rəsmi açılış mərasimi keçirilib.

İƏT Avrasiya Regional Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə İƏT rəhbərliyi, İƏT-ə üzv 40-a yaxın ölkənin Gənclər və İdman Nazirliyi və ya müvafiq dövlət qurumunun rəhbərləri, 10-dan çox beynəlxalq təşkilatın başçısı, Türkiyənin yüksək dövlət məmurları, İƏT-ə üzv ölkələrin gənclər hərəkatları nümayəndələri, rəsmi qonaqlar iştirak edib.

Tədbirin açılış mərasimində “İƏT Gənclər Paytaxtı” və “Bakı - İslam Həmrəylik Oyunları 2017” video-təqdimat çarxları, İslam Konfransı Gənclər Forumunun İƏT arealındakı fəaliyyəti haqqında film nümayiş etdirilib, tədbirin təşkilatçıları - İƏT GİN Sessiyasına ev sahibliyi edən Türkiyə Gənclər və İdman naziri Akif Cığatay, İƏT Baş Katibinin müavini Muhəmməd Naem Xan, İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov, İslam Həmrəylik Oyunları Federasiyasının (İHOF) prezidenti, şahzadə Feysəl əl-Nasir çıxış ediblər.

İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov İƏT Gənclər və İdman Nazirlərinin sessiyasında qəbul edilməsi nəzərdə tutulan ən mühüm sənədlərdən biri, İƏT ölkələri gənclər siyasətini qurmağı hədəfləyən İƏT ölkələri Gənclər Strategiyasını tədbir iştirakçılarına təqdim edib. Bildirilib ki, Gənclər Strategiyasının əsas hədəfləri İslam ölkələri gənclərinin təhsil, elm, ictimai aktivlik sahəsində səviyyələrinin yüksəldilməsi və imkanlarının genişləndirlməsi, işsizlik və savadsızlığın azaldılması, təkfirçilik və dini ektremizmə qarşı profilaktik tədbirlərin, məzhəblərarası yaxınlaşma işinin güncləndirilməsi, İƏT Gənclər Mərkəzlərinin yaradılmasıdır.

E.İskəndərov son 10 ildə İslam Əməkdaşlıq Təşkilatı gənclər siyasətinin inkişafını xüsusi qeyd edib və bu inkişafa göstərdiyi əvəzsiz köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana İƏT Gənclər Forumu adından təşəkkürünü bildirib, İslam ölkələrinin problemlərinin beynəlxalq arenada işıqlandırılması və tanıtdırılması baxımından müsəlman ölkələri gənclər hərəkatlarının əməkdaşlığının xüsusi rolu olduğunu qeyd edərək, bu sahədə ən bariz nümunənin də “Xocalıya Ədalət” kampaniyasının beynəlxalq tanıtımı zamanı İslam ölkələri gənclərinin həmrəyliyi olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti