...

Binəli Yıldırım Azərbaycanı təbrik etdi

Siyasət Materials 18 Oktyabr 2016 13:52 (UTC +04:00)
79 milyonluq Türkiyə xalqının sevgi və hörmətini Azərbaycandakı qardaşlarımıza göndərirəm.
Binəli Yıldırım Azərbaycanı təbrik etdi

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin Baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunda çıxışı zamanı Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb.

Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Baş nazir deyib: "79 milyonluq Türkiyə xalqının sevgi və hörmətini Azərbaycandakı qardaşlarımıza göndərirəm. Biz bir millət, iki dövlətik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti