...

Almaniya səfiri Şəki və Zaqatalaya səfər edib (FOTO)

Siyasət Materials 15 Dekabr 2016 12:03 (UTC +04:00)
Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab Şəki və Zaqatalaya səfər edib.
Almaniya səfiri Şəki və Zaqatalaya səfər edib (FOTO)

Bakı. Trend:

12-13 dekabr tarixlərində Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab Şəki və Zaqatalaya səfər edib. Səfirlikdən Trend-ə verilən məlumata görə, səfərin əsas mövzuları iqtisadiyyat və ətraf mühitlə bağlı məsələlər, eləcə də Almaniya tərəfindən maliyyələşən layihələrə baxış olub.

M.Kindsqrab baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə alman İnkişaf Bankı tərəfindən maliyyələşən "Gəncə və Şəkidə su təchizatı, kanalizasiya və çirkab suyun emalı" layihəsinin müzakirəsinə həsr olunmuş rəhbər komitə iclasında iştirak edib. M.Kindsqrab baş na­zirin müavininə bu mürəkkəb və eyni zamanda mühüm layihəyə göstərdiyi güclü dəstəyə görə təşəkkürünü bildirib.

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla keçirilən görüşdə bölgənin xüsusilə kənd təsərrüfatı və turizm sahələrində iqtisadi potensialı əsas müzakirə mövzuları olub. Səfir M.Kindsqrab şirkətlərin iqtisadiyyatın şaxələndirilməsi sahəsində cəhdlərini yüksək qiymətləndirmiş və alman-azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu xüsusi qeyd edib. O, sonra şəhərin su və kanalizasiya qurğularının yenilənməsi ilə bağlı aparılan tikinti işləri tanış olub, Şəki ipək fabrikində və 18-ci əsrdə tikilmiş Şəki Xan sarayında olub.

Səfir sonra Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə görüşüb və ətraflı müzakirələr aparıb. Alman inkişaf əməkdaşlığının dəstəyilə ilə həyata keçirilən "Zaqatala-Balakən biomüxtəliflik layihəsi"nə baxış qorunan ərazilərin yaxınlığında yaşayan insanların müasir istifadə etmə konseptinə böyük maraqlarının olduğunu aydın göstərib. İcma nümayəndələri ilə müzakirə göstərib ki, layihə tərəfdaşları öz yanaşmaları ilə ətraf mühit və təbiəti qoruma sahələrində aidiyyatı olan hər kəsin qazanc əldə edəcəyi düzgün istiqamətdədirlər. Zaqatalaya səfərin sonunda səfir Kindsqrab fındıq və tütün zavodlarında olub.

M.Kindsqrab 2016-cı ilin avqust ayından Almaniya Federativ Respublikasının Bakıdakı səfiridir. Səfir M.Kindsqrab diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə rəsmi səfərlər hayata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti