...

XİN: Rusiya vətəndaşı Ueldanovun Azərbaycanda saxlanma şərtləri Avropa tələblərinə cavab verir

Siyasət Materials 15 Fevral 2017 12:56 (UTC +04:00)
Azərbaycanda barəsində istintaq davam edən Rusiya vətəndaşı Marat Ueldanovun saxlanma şərtləri Avropa tələblərinə cavab verir.
XİN: Rusiya vətəndaşı Ueldanovun Azərbaycanda saxlanma şərtləri Avropa tələblərinə cavab verir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Azərbaycanda barəsində istintaq davam edən Rusiya vətəndaşı Marat Ueldanovun saxlanma şərtləri Avropa tələblərinə cavab verir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinq zamanı deyib.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycandakı səfirliyi onun sağlamlığının qənaətbəxş olduğunu Rusiya XİN-ə məlumat verib.

M.Zaxarova son zamanlar M.Ueldanovun qohumlarına istinadən bir sıra KİV-lərin ona tibbi xidmət göstərilmədiyi barədə məlumatı təkzib edərək, onun lazımı qaydada tibbi yardım aldığını və müalicə kursunu da keçdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti