...

Deputat: Azərbaycanda din azadlığı tam təmin olunur

Siyasət Materials 13 Aprel 2017 07:58 (UTC +04:00)
Azərbaycanda din azadlığı tam təmin olunur, insanlar sərbəst şəkildə məscidlərə gedib ibadət edirlər.
Deputat: Azərbaycanda din azadlığı tam təmin olunur

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda din azadlığı tam təmin olunur, insanlar sərbəst şəkildə məscidlərə gedib ibadət edirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, müstəqillik dövrünə qədər Azərbaycanda 20-ə qədər məscid fəaliyyət göstərib: “İndi Azərbaycanda 2 mindən çox məscid var. Azərbaycanda çoxlu sayda dini məbədlər tikilib, təmir olunub, ən qədim məscidlərimiz təmir olunub”.

Deputat vurğulayıb ki, Ulu öndər Heydər Əliyev həmişə dinə böyük qayğı göstərib, əziz günlərdə məscidlərə gedib: “Bu gün Prezident İlham Əliyev də dinə böyük diqqət göstərir, hər il Ramazan süfrəsində iştirak edir. Azərbaycan Prezidentinin, dövlətin dinə olan qayğısının nəticəsidir ki, ölkəmizdə bu qədər ibadətgahlar var, mərasimlər keçirilir, insanlar azad şəkildə dini ayinləri həyata keçirirlər”.

Deputat əlavə edib ki, bu gün Azərbaycanda dini ayinlərin həyata keçirilməsi üçün heç bir əngəl yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti