...

İnam Kərimov Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının üzvü təyin edilib

Siyasət Materials 28 Aprel 2017 18:14 (UTC +04:00)
İnam Kərimov Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının üzvü təyin edilib.
İnam Kərimov Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının üzvü təyin edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, sərəncamının 1-ci hissəsində “Tahir Budaqov – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri” sözlərindən sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilir:

“İnam Kərimov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti