...

Elmar Məmmədyarov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəsmisi ilə görüşüb

Siyasət Materials 5 May 2017 17:23 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kabinet rəhbəri Mario Lubetkini qəbul edib.
Elmar Məmmədyarov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəsmisi ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kabinet rəhbəri Mario Lubetkini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla FAO arasında qurulmuş əməkdaşlıq təqdir edilib və təşkilatın ölkəmizdə həyata keçirdiyi layihələr və onların nəticələri müzakirə edilib.

Görüşdə, həmçinin, Bakı prosesinin əhəmiyyəti qeyd olundu və bu vacib platformanın davamı kimi keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər dünyada sülh və stabilliyə nail olmaq üçün dialoqun əhəmiyyətini və beynəlxalq təşkilatların rolunu xüsusi vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti