...

Misirdəki Azərbaycan diasporu: ÜAK-la bağlı qərar Rusiyadakı azərbaycanlılara qarşı hörmətsizlikdir

Siyasət Materials 23 May 2017 16:14 (UTC +04:00)
Misirdəki Azərbaycan diasporu Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb.
Misirdəki Azərbaycan diasporu: ÜAK-la bağlı qərar Rusiyadakı azərbaycanlılara qarşı hörmətsizlikdir

Bakı. Trend:

Misirdəki Azərbaycan diasporu Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda bildirilir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib: “Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərərək, bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib”.

Azərbaycanda rus xalqının hüquqularının qorunduğunu xüsusi vurğulayan bəyanat müəllifləri qeyd edir ki, ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımlar atıb və bu siyasət hazırda da davam etdirilir.

“Rusiyada isə bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir” deyən bəyanat müəllifləri ÜAK-ın bağlanması üçün göstərilən əsasların tam subyektiv olduğunu, həmin “dəlillərin” hər hansı qurumun ləğvi üçün yetərli olmadığını düşünür: “Bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq yalnış addımdır. Biz Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırırıq”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti