...

ABŞ Azərbaycana maliyyə yardımını 90, Ermənistana isə 67 faiz azaldır

Siyasət Materials 24 May 2017 10:52 (UTC +04:00)
ABŞ Prezidenti Administrasiyası Konqres qarşısında 2018-ci maliyyə ilində öz büdcə tövsiyələrini açıqlayıb.
ABŞ Azərbaycana maliyyə yardımını 90, Ermənistana isə 67 faiz azaldır

Bakı. Elmira Tariverdiyeva - Trend:

ABŞ Prezidenti Administrasiyası Konqres qarşısında 2018-ci maliyyə ilində öz büdcə tövsiyələrini açıqlayıb.

Trend-in məlumatına görə, administrasiyanın büdcəsinə əsasən, Ermənistana yardım 67 faiz - 20,4 milyon dollardan 6,8 milyon dollaradək azaldılacaq.

Gürcüstan və Ukrayna üçün maddi yardımların müvafiq olaraq 58 və 70 faiz azaldılması nəzərdə tutulur.

Azərbaycana yardım isə 90 faiz azaldılacaq. Ümumilikdə ölkəyə bir milyon dollar ayırmaq planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti