"İyulun 11-də ATƏT-in Minsk qrupu həmsədrləri Bakıya səfər edəcəklər. Azərbaycan və Ermənistanın xarici siyasət idarələri rəhbərlərinin növbəti görüşünün keçirilib-keçirilməyəcəyi də həmin səfərdən asılı olacaqdır". Bu haqda xarici işlər naziri Elmar Məmmədyarov Trend ə verdiyi müsahibəsində bildirmişdir.
Onun sözlərinə görə, həmsədrlər Azərbaycanda iki gün qaldıqdan sonra, iyulun 13-də buradan Ermənistana səfər edəcəklər.
"ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə tərəfləri ilə müzakirələr apardıqdan sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ehtiyac yaranarsa, o zaman həmin görüşün keçirilməsi vaxtı müəyyənləşəcəkdir.Əks halda, belə bir görüşün keçirilməsi baş tutmayacaqdır",-deyə Elmar Məmmədyarov vurğulamışdır.