...

KİPRİN YUNAN İCMASININ PREZİDENTİ AZƏRBAYCAN PREZİDENTİNƏ MƏKTUB GÖNDƏRİB

Siyasət Materials 29 İyul 2005 16:35 (UTC +04:00)

Kipr Respublikasının prezidenti Tasos Papadopulos Azərbaycan prezidenti İlham Əliyevə Bakı ilə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşa arasında birbaşa təyyarə reysinin fəaliyyətə başlaması ilə bağlı məktub göndərib. Trend agentliyi Türkiyənin "Milliyyət" qəzetinə istinadən bildirir ki, T. Papadopulosun məktubunda Kiprin yunan rəhbərliyinin həmin uçuşların qarşısının alınmasında fəal addımlar atmaq üçün qərar qəbul etdiyi qeyd olunur.

Xüsusilə Beynəlxalq mülki aviasiya təşkilatına (ICAO) və digər beynəlxalq instansiyalara şikayətlər hazırlanıb və göndərilib.

"Biz ümid edirik ki, həmin tədbirlər müsbət nəticələr verəcək"-deyə Tasos Papadopulosun məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti