...

QAT ORTA MƏKTƏBLƏRDƏ HƏRBİ HAZIRLIQ DƏRSLƏRİNİN BƏRPA OLUNMASINI TƏLƏB EDİR

Siyasət Materials 1 Avqust 2005 16:30 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) Təhsil Nazirliyinin orta məktəblərdə hərbi hazırlıq dərslərini ləğv etmək haqqında qərarına qarşı etirazla çıxış edib. Trend in məlumatına görə, avqustun 1-də QAT bununla bağlı bəyanat qəbul edib.

Təşkilat hesab edir ki, hərbi hazırlıq dərslərinin ləğv olunması müharibə vəziyyətində, torpaqları işğal altında olan ölkə üçün məqbul sayıla bilməz. "Əvvəl ali məktəblərdə hərbi kafedaraları, indii isə orta məktəblərdə hərbi hazırlıq dərslərini ləğv etməklə Təhsil Nazirliyi hərbi vətənpərvərlik və hərbi hazırlıq işinə ağır zərbə vurur" - deyə bəyanatda vurğulanır.

QAT təhsil naziri Misir Mərdanovun bir müddət əvvəl Ermənistana səfərini xatırladaraq onun hərbi dərsləri götürmək təşəbbüsünün ermənilərin maraqlarına xidmət etdiyini bildirib.

QAT orta məktəblərdə hərbi hazırlıq dərslərinin bərpa olunmasını,təhsil nazirinin öz vəzifəsindən uzaqlaşdırılmasını tələb edib.

Xəbər lenti

Xəbər lenti