...

NATİQ ƏLİYEV: HASİL OLUNAN NEFTİN HƏR TONUNUN MAYA DƏYƏRİ 40 DOLLARDAN ARTIQDIR

Siyasət Materials 12 Avqust 2005 15:15 (UTC +04:00)
NATİQ ƏLİYEV: HASİL OLUNAN NEFTİN HƏR TONUNUN MAYA DƏYƏRİ 40 DOLLARDAN ARTIQDIR

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin yataqlarında hasil olunan neftin bir tonunun orta maya dəyəri 193 min manat (41 dollar), 1 min kubmetr qazın maya dəyəri isə 114 min manat (24 dollar) təşkil edir. Trend in məlumatına görə, bu barədə ARDNŞ-nin rəhbəri Natiq Əliyev bu günki mətbuat konfransında bildirib.

Dövlət Neft Şirkəti 55 yataqdan neft və qaz hasil edir ki, onlardan 18-i dənizdə, 37-si isə quruda yerləşir. İlin əvvəlindən ARDNŞ öz yataqlarında neft hasilatı planını 3,1% yerinə yetirib.

Onun sözlərinə görə, 2004-cü ildə ARDNŞ-in NEZ-da istehsal olunan neft məhsullarının 1 tonunun orta satış qiyməti 145 dollar olub. Bu ilin əvvəlindən isə bu göstərici 367 min dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti