...

AZƏRBAYCAN PREZİDENTİNİN MƏTBUAT KATİBLİYİ YENİ STRUKTURU TƏSDİQLƏNİB

Siyasət Materials 17 Avqust 2005 13:48 (UTC +04:00)
AZƏRBAYCAN PREZİDENTİNİN  MƏTBUAT KATİBLİYİ YENİ STRUKTURU TƏSDİQLƏNİB

Azərbaycan prezidentinin mətbuat katibliyi yeni strukturu təsdiqlənib. Trend in məlumatına görə, bu barədə avqustun 17-də jurnalistlərə prezidentin mətbuat katibi Azər Qasımov məlumat verib.

Onun sözlərinə görə, strukturun ştatı 20 nəfərdən ibarətdir. Onun fəaliyyəti üç istiqamətə cəlb olunacaq: akkreditasiya KİV-lə iş (4 nəfər); KİV-də dərc olunan yazıların öyrənilməsi və təhlili (4 nəfər); rejissor da da daxil olmaqla çəkilişlər, foto və video xidmət.

A.Qasımov həmçinin qeyd edib ki, dövlət başçısına informasiyaların operativ çatdırılması işi ilə bağlı işlər aparılır. Eyni zamanda, onlar yaxın perspektivdə Azərbaycan prezidentinin rəsmi saytında daha operativ qaydada yerləşdiriləcək.

Bundan başqa, İlham Əliyevin xaricə səfərlərindən sonra mətbuat katibi jurnalistlər üçün brifinq keçirəcək və burada səfərin təfərrüatları və detalları barədə danışılacaq. Həmçinin prezidentin xaricə səfərlərində onu müşahidə etmək üçün akkeditə olunmuş KİV-in sayı artırılacaq.

Xəbər lenti

Xəbər lenti