...

"İRANIN YENİ HÖKUMƏTİNİN XARİCİ SİYASƏT KURSU DƏYİŞMƏYƏCƏK"

Siyasət Materials 25 Avqust 2005 17:47 (UTC +04:00)

İranın xarici siyasət kursu Ali Təhlükəsizlik Şurasının nəzarəti altındadır və bütün mühüm məsələlər bu Şura tərəfindən müəyyənləşdirilir və həll edilir. Artıq hər şey müəyyən olunub və heç bir dəyişiklik baş verməyəcək.

Trend in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani İranın yeni xarici işlər nazirinin təyin olunmasını şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, İranın xarici siyasəti ölkənni 20 illik inkişaf proqramına görə həyata keçirilir ki, bu proqramda İranın daxili və xzarici siyasətinin bütün strukturlarını müəyyən edilib. Diplomatın sözlərinə görə, İran bütün ölkələrlə ilk növbədə ölkənin milli maraqlarına xidmət edən siyasi kursunu davam etdirəcək.

İranın yeni xarici işlər naziri Manuçöhr Müttəkidir. O, bu vəzifədə iki hakimiyyət dövründə bu vəzifəyə rəhbərlik etmiş Kamal Xərrazini əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti