...

ƏLİ ƏLİYEV: "AZADLIQ" BLOKU İLƏ SAĞLAM RƏQABƏTƏ HAZIRAM

Siyasət Materials 30 Avqust 2005 14:12 (UTC +04:00)
ƏLİ ƏLİYEV: "AZADLIQ" BLOKU İLƏ SAĞLAM RƏQABƏTƏ HAZIRAM

"Azadlıq" bloku ilə əməkdaşlıq edilməsi və parlament seçkisində əməkdaşlığa dair ikitərəfli saziş bağlanması məsələsi "Yeni Siyasət" blokunun sentyabrın 2-də keçiriləcək iclasında müzakirə olunacaq.

Bu barədə Trend ə "Yeni Siyasət" blokunda təmsil olunan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev məlumat verib. O bildirib ki, əməkdaşlıqla bağlı "Azadlıq" blokundan nəhayət ki, cavab verildikdən sonra bu məsələ "Yeni Siyasət"in iclasında qapalı müzakirəyə çıxarılıb.

Əli Əliyev deyib ki, bu həftənin cümə günü keçiriləcək iclasda "Azadlıq" bloku ilə əməkdaşlığın mümkün formaları müzakirə ediləcək, bununla bağlı o, öz təkliflərini verəcək: "ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu mənə müraciət edib və bu mövzuda söhbət aparmışıq. İki blok arasında müqavilə bağlanması da istisna deyil"-deyə Əli Əliyev bildirib.

Qeyd edək ki, "Azadlıq" blokunun vahid namizədi olan AXCP sədrinin müavini Cəmil Həsənli AMİP sədri Əli Əliyevlə eyni seçki dairəsində rəqabət aparacaq.

Bununla bağlı fikirlərini bildirən Əli Əliyev qeyd edib ki, "Azadlıq" bloku ilə əməkdaşlıq çərçivəsində bu məsələ də müzakirə olunacaq. "Azadlıq" bloku ilə vahid namizəd barədə razılığa gəlmək artıq gecikmiş məsələdir.

Amma buna baxmayaraq, namizədlərimizin toqquşduğu dairələr barədə müzakirələr aparmaq lazımdır. Artıq bu, onlardan asılıdır, razılığa gəlmək barədə "Azadlıq" bloku qərar verməlidir. Əgər belə bir qərar verməsələr, mən sağlam rəqabətə hazıram", - deyə Əli Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti