...

AXCP MTN-NİN BƏZİ RƏSMİ ŞƏXSLƏRİ BARƏSİNDƏ CİNAYƏT TƏQİBİ BAŞLANMASI İDDİASINI QALDIRACAQ

Siyasət Materials 30 Avqust 2005 17:21 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP-islahatçılar) Səbail rayon məhkəməsindən Milli Təhlükəsizlik Nazirliyinin bir sıra rəsmi nümayəndələrinin barəsində cinayət təqibinin başlanmasını xahiş edəcək. Bu barədə Trend ə AXCP-nin hüquqşünası Tofiq Quliyev məlumat verib. O, bildirib ki, MTN-dən şikayət ərizəsi artıq hazırdır və imzalanması üçün partiya sədri Əli Kərimlinin Polşadan səfərdən qayıtmasını gözləyir.

"Əli Kərimli şikayət ərizəsini imzalayan kimi Səbail rayon məhkəməsinə təqdim edəcəyik. Məhkəmədə qarşısında iki tələb qoyulacaq. Milli Təhlükəsizlik Nazirliyinin qanunsuz əməllərə yol verdiyinin təsdiqlənməsi və nazirliyin bir sıra rəsmi şəxslərinin barəsində cinayət təqibinin başlanması xahiş olunacaq. Çünki MTN-nin AXCP-yə qarşı təxribatlar planlaşdırmasına, siyasi proseslərə müdaxilə etməsinə dair faktlar aşkarlandı"-deyə hüquqşünas bildirib.

Xəbər lenti

Xəbər lenti