...

ATƏT-İN HAZIRKI SƏDRİ AZƏRBAYCANLA ERMƏNİSTANIN YAXINLIĞINI DƏSTƏKLƏYİR

Siyasət Materials 5 Sentyabr 2005 17:43 (UTC +04:00)
ATƏT-İN HAZIRKI SƏDRİ AZƏRBAYCANLA ERMƏNİSTANIN YAXINLIĞINI DƏSTƏKLƏYİR

ATƏT-in hazırkı sədri, Sloveniyanın XİN başçısı Dmitri Rupel Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Azərbaycan və Ermənistanın "mövqelərinin nəzərə çarpan mərhələli yaxınlığını" müsbət qiymətləndirir.

Trend bildirir ki, o, sentyabrın 5-də Azərbaycanın XİN başçısı və Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami Bəhmənovla keçirdiyi danışıqlarının yekunlarına həsr olunmuş brifinqdə bu barədə bəyan edib.

Onun sözlərinə görə, görüşlərdə əsas yeri Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məsələsi tutub, xüsusilə tərəflər problemin həlli üzrə gələcək addımlar barədə fikir mübadiləsi aparıb.

Bu və Azərbaycanda keçiriləcək parlament seçkilərinə dair digər bir sıra məsələlər, eləcə də D.Rupelin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü müzakirə edilib.

Tərəflər həmçinin Azərbaycan-Sloveniya ikitərəfli əməkdaşlığın inkişafı məsələlərinə toxunub.Sloveniyanın XİN başçısı ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Azərbaycan prezidentinin Sloveniyaya rəsmi səfəri baş tutacaq.

Azərbaycanın XİN başçısı həmçinin danıhıqların yekunlarından razı qaldığını bildirib.O, xatırladıb ki, bu, ATƏT-in hazırkı sədrinin Azərbaycana artıq ikinci səfəridir.

Xəbər lenti

Xəbər lenti