...

AVSTRİYA PREZİDENTİ AZƏRBAYCANA RƏSMİ SƏFƏRƏ DƏVƏT OLUNUB

Siyasət Materials 9 Sentyabr 2005 13:04 (UTC +04:00)

Avstriya prezidenti Haynts Fişer gələn il Azərbaycana rəsmi səfər edəcək. Səfər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Avstriyaya səfəri zamanı etdiyi təklif əsasında həyata keçiriləcək. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən bildirilib.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib. Nazir Ermənistan-Azərbaycan, Dabğlıq Qarabağ müunaqişəsinin nizamlanması prosesinin hazırki vəziyyəti və münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib.

Səfər proqramına uyğun olaraq E.Məmmədyarov Avstriyanın parlament sədri Andreas Kolla görüşüb. Azərbaycanla Avstriya arasında əməkdaşlıq üzərində dayanan nazir bu əlaqələrin hər iki ölkənin qanunverici orqanları arasında inkişafının vacibliyini vurğulayıb. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra E.Məmmədyarov və Avstriyanın federal xarici işlər naziri Ursula Plassnik arasında danışıqlar aparılıb. Həmkarına Azərbaycanla Avstriya arasında siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələr barədə məlumat verən nazir bu əlaqələrin gələcək inkişaf yolları, qloballaşma dövründə və indiki şəraitdə Azərbaycanın xarici siyasətinin üstünlükləri və parlament seçkilərinə hazırlıqdan söz açıb. E.Məmmədyarov, həmçinin, beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, AŞ və Aİ-nin problemin həllində səylərinin artırılmasının vacibliyini vurğulayaraq, Cənubi Qafqaz regionunda geniş miqyaslı beynəlxalq neft, qaz və nəqliyyat layihələrinin həyata keçirilməsi prosesi üzərində dayanıb.

Səfər çərçivəsində XİN başçısı Avstriya və Slovakiyada yaşayan həmvətənlərimizlə də görüşüb. Səfər başa çatıb.

Xəbər lenti

Xəbər lenti