...

REKORDÇU VALİDEYNLƏRƏ MOSKVADA MƏNZİL VERİLDİ

Siyasət Materials 26 Sentyabr 2005 19:04 (UTC +04:00)
REKORDÇU VALİDEYNLƏRƏ MOSKVADA MƏNZİL VERİLDİ

2005-ci il sentyabrın 13-də bir yaşlı Əli, Hüseyn, Yasəmən və Xədicə Tağıyevlərin həyatı dəyişdi. Trend in məlumatına görə, əkizlər ad günlərində Azərbaycanın birinci xanısmı Mehriban Əliyevanın başçılıq etdiyi Heyədr Əliyeva adına Fond Tağıyevlər ailəsinə Moskvanın mərkəzi rayonlarından birindəki mənzilin açarlarını təqdim edib.

Ailənin başçısı olan Mərdan Tağıyev sevincini gizlətmir. Uzun müddət o və həyat yoldaşı öz əkiz uşaqlarını görə bilməyiblər. Mənzil məsələsi bu nadir ailəni bir-birindən ayırmışdı: uşaqlar valideynlərindən uzaqda, Azərbaycandakı qohumlarının yanında yaşayırdılar.

Bir il əvvəl, 2004-cü ilin sentyabrında ər-arvad Tağıyevlərin adı Rusiyanın və bütün dünyanın mərkəzi qəzetlərinin səhifələrində və televiziya xəbərlər buraxılışlarında yer aldı. Soskva xəstəxanalarından birində Mehriban Tağıyeva həyata bir dəfəyə 6 uşaq- üç oğlan və üç qız bəxş etdi. Təssüf ki, uşaqlardan ikisini xilas etmək mümkün olmasa da, bu doğuş hər halda fenomenal adlandırıldı və belə məlumat verildi ki, belə hadisə bir neçə milyard dəfədən bir baş verir. Ajiotaj yatdıqdan sonra isə valideynlər öz çoxsaylı problemləri ilə üzbəüz qaldılar.

"Mənim komunnal mənzildə çox kiçik - 11 kvadrat metrlik bir otağım var idi. Orada uşaqlarla bərabər yaşamaq heç cür mümkün deyildi", - deyə ailə başçısı bildirir. Mərdan Tağayev Moskvanın kənarında mənzil kirayə götürmək məcburiyyətində qalır. "Onun haqqını ödəmək üçün pul çatmırdı, qohumlar və dostlar kim nə cür bacarırdısa, kömək edirdi. Mən bütün günü işləyirdim, lakin Çerkizov bazarında işləyən adi satıcının qazancı o vaxt ailənin hətta əsas tələbatlarını da ödəməyə çatmırdı. Kirayə haqqı verildiykedən sonra isə yalnız ən zəruri qida məhsullarını almaq üçün pul qalırdı". Eyni vaxtda yeni doğulan körpələr üçün uşaq pulları artsa, da, aylıq vəsait hətta körpələr üçün bezlər almağa da çatmırdı.

Ər-arvad müxtəlif dövlət instansiyalarına və ictimai təşkilatlara onlara mümkün köməyin göstərilməsi barədə müraciət edirlər. Mərdan Tağıyev 1990-cı ildən Rusiya vətəndaşıdır və buna görə də Rusiya hökumətindən hər hansı kömək alacağına ümid edirdi. Ümidlərinin həyata keçməyəcəyini görən ər-arvad uşaqları vəziyyət yaxşılaşana kimi Azərbaycana, öz qohumlarının yanına göndərməyi qərara alırlar. "Mən uşaqları öz kiçik qardaşımın yanında qoydum. Onları Moskvada böyütmək üçün heç bir imkan və şərait yox idi", - deyə Tağıyev bildirir.

Uşaqlarından ayrı düşən Tağıyevlər qeyri-müəyyən bir zamanda ev almaq üçün qənaətlə pul yığmağa çalışsalar da uzun bir müddət keçdi. Lakin ümidsiz görünən vəziyyət bir gündə dəyişdi və yardım bütün ümidlərin demək olar ki, söndüyü bir vaxtda yetişdi. "Allaha şükür! Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva bizim çəkdiyimiz əzablar barədə qəzetdən oxumuşdu. Şükür Allaha!", - deyə Tağıyeva əkizlərin "ən kiçiyi" adlandırdığı Hüseyni qucağında tutaraq təkrar edirdi. Tağıyevlər Bakıya əkizlərin ad gününü qekyd etmək üçün gəlmişdilər. Lakin bu səfərdən sonra gənc ailənin qarşısında duran problemlər tamamilə həll olundu.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoş məramlı səfiri Mehriban Əliyeva özünün xeyriyyə fəaliyyətilə məşhurdur. Onun rəhbərlik etdiyi Fond Azərbaycan əhalisinin müdafiə olunmayan təbəqəsinin problemlərinin çoxunu həll etməyə çalışır və onları uğurla həll edir. Bu il minlərlə uşaq Fondun təşəbbüsü ilə Avropa səviyyəsində tikilən məktəblərə gedib. Fond memarlıq və tarixi abidələrin bərpası ilə məşğuldur və uşaq evlərini dünyanın ən müasir tələbləri səviyyəsində təchiz edir, müharibə veteranlarına qayğı göstərir, elm və təhsilin inkişafına yönəlmiş proqramları reallaşdırır, şəkər xəstəliyindən və digər xəstəliklərdən əziyyət çəkən uşaqları müalicə və dərmanla təmin edir. Bütün bu layihələr artıq minlərlə adama yardım edib.

"Dərin təşəkkürümü bildirirəm! Ona mənzilə görə "çox sağ ol!" deyirəm. Biz bu barədə heç arzu etməyi də bacarmırdıq! İndi biz uşaqlarla bir yerdə yaşayacağıq!", - deyə Mehriban Tağıyeva bildirir. "İndi uşaqlar bizimlə birgə yaşayacaqlar", - deyə əkizlərin atası yoldaşını dəstəkləyir. Bundan sonra Tağıyevlərə yalnız bu evdə məskunlaşmaq qalır. Görünür, onların məişət texnikası almağa da ehtiyacları olmayacaq: Heydər Əliyev Fondundan onlar həm də paltaryuyan maşın və televizor hədiyyə alıblar.

Xəbər lenti

Xəbər lenti