Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri bir sıra hərbi kurslarda və konfrnaslarda iştirak edəcəklər. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumat verilib.
Oktyabrın 3-dən başlayaraq NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına uyğun olaraq Roma şəhərində "Sülh Naminə Tərəfdaşlıq ienteqrasiya kursu", Ankara şəhərində isə "NATO taktiki mülki-hərbi əməkdaşlıq" kursu öz işinə başlayıb. Kurslar oktyabrın 14-dək davam edəcək.
Oktyabrın 4-dən 7-dək Poti şəhərində "Tərəfdaşlığın canlı idarəedilməsi və mübadiləsi sistemi" üzrə kurslar, Sevastopol şəhərində "Sea Breeze-2006" təliminin ilkin planlaşdırma konfransı keçiriləcək. Oktyabrın 7-dək isə Bakı şəhərində "Kütləvi qırğın silahları ilə törədilmiş cinayət yerində əməliyyatlar" üzrə kurslar keçiriləcək.