...

Məzahir Pənahov: indiki halda Rəsul Quliyevin namizədliyi ləğv olunmayacaq

Siyasət Materials 18 Oktyabr 2005 14:30 (UTC +04:00)
Məzahir Pənahov: indiki halda Rəsul Quliyevin namizədliyi ləğv olunmayacaq

"İndiki halda Rəsul Qulieyin namizədliyi ləğv olunmayacaq. Çünki əvvəlcə bünün üçün məhkəmə qərarı olmalıdır". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

O, qeyd edib ki, MSK-nın hal-hazırda Ukraynada saxlanılan ADP sədri Rəsul Quliyevi seçkidən kənarlaşdırmaq səlahiyyəti yoxdur. M.Pənahov bildirib ki, R.Quliyev ölkəyə gətirildikdən sonra əgər məhkəmədə günahları sübut olunacaqsa, onun namizədliyi ləğv ediləcək. İndiki halda isə ADP lideri qiyabi şəkildə seçkidə iştirak edir. Əgər seçkiyə qədər məhkəməsi keçirilməsə və Rəsul Quliyev deputat seçilərsə, onun deputat statusu ilə bağlı sonrakı məsələlərlə də MSK məşğul olmayacaq.

Xəbər lenti

Xəbər lenti