...

Gəncə Elektrik şəbəkəsi qışa hazırlıq işlərini tamamlayıb

Siyasət Materials 22 Oktyabr 2005 14:14 (UTC +04:00)

Gəncə Elektrik şəbəkəsindən Trend ə verilən məlumata görə, şəhərdə qışa hazırlıq işləri artıq başa çatıb. Belə ki, yararsız olan yeraltı kabellər dəyişdirilərək yeniləri ilə əvəz olunub. Bir neçə yarımstansiyada təmir işləri aparılıb.

Şəbəkənin rəisi Mürsəl Eyvazovun sözlərinə görə, bu ilin avqust ayında enerji pulunun 61%, sentyabrda isə 51%-i faizi yığılıb. Mürsəlov bunu yaxşı göstərici hesab edir. O qeyd edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur. Şəbəkədən, həmçinin, onu da bildiriblər ki yığımın 100 faiz olmaması sayğacların heç də bütün şəhərdə quraşdırılmaması ilə əlaqədardır.

Hazırda şəhərin 75% ərazisində sayğac quraşdırılıb. İlin sonuna kimi isə Gəncənin tam sayğaclaşdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti