...

Parlamentin rəhbərliyi müxalifətin mövqeyini pisləyib

Siyasət Materials 28 Oktyabr 2005 16:38 (UTC +04:00)

"Seçkilərdə boya ilə barmaqların nişanlanması üsulunun tətbiqi Azərbaycan iqtidarının mövqeyinin şəffaflığının göstəricisidir". Trend xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Murtuz Ələsgərov bildirib.

Spiker qeyd edib ki, iqtidarın seçkilərdə bu üsulun tətbiqinin vacibliyi barədə qərara gəlməsini heç də beynəlxalq təşkilatların və müxalifətin təzyiqi kimi qəbul etmək olmaz: "Prezident seçkilərin şəffaflığının təmin olunması istiqamətində bütün addımları atıb. Biz bu üsulu qəbul etməklə müxalifətin və beynəlxalq təşkilatların bəhanəsini kəsdik".

M.Ələsgərov onu da qeyd edib ki, seçkilərdə barmaqların nişanlanması üsulu Makedoniya, Türkiyə və Gürcüstanda tətbiq edilib.

Spikerin birinci müavini Arif Rəhimzadə də qeyd edib ki, prezidentin seçkilərin demokratik və şəffaf keçirilməsi istiqamətində atdığı bütün addımlar cəmiyyət tərəfindən müsbət qarşılanıb: "Müxalifət öz mövqeyindən çıxış edib seçkilərin demokratikliyinə kölgə salmasınlar".

Spikerin digər müavini Ziyafət Əsgərov isə qeyd edib ki, demokratiyanın, şəffaflığın əsası konstitusiyamızda qoyulub: "Konstitusiyamızda hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunması dövlətin ali vəzifəsi kimi göstərilib. Seçki Məcəlləsində də qəbul olunmuş seçki prinsipləri demokratik dəyərləri özündə tam əks etdirib. Prezident İlham Əliyevin seçkilərin demokratik və şəffaf keçirilməsi istiqamətində iki məlum sərəncamı imzalamaqla onu göstərdi ki, iqtidar bu məsələni diqqət mərkəzində saxlayır".

Z.Əsgərov onu da vurğulayıb ki, müxalifət hər iqtidarın hər bir addımında nöqsan axtarır: "Qurani Kərimi" Azərbaycanın konstitusiyası kimi qəbul etsək də müxalirfət onda da bir nöqsan tapacaq".

Xəbər lenti

Xəbər lenti