...

Əli Həsənov: "Seçkilərdə barmağın mürəkkəbə boyanmasına müxalifətin şübhə ilə yanaşmasının heç bir əsası yoxdur"

Siyasət Materials 2 Noyabr 2005 20:49 (UTC +04:00)

"Seçkilərdə barmağın mürəkkəbə boyanmasına müxalifətin şübhə ilə yanaşmasının heç bir əsası yoxdur". Trend xəbər verir ki, bu barədə Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, bu sadəcə müxalifətin xoflu olmasından irəli gəir, mürəkkəbin çatışmayacağı və yaxud da balonlara başqa mayenin doldurulacağı barədə fikirlər əsassızdır: "Əvvəla o mürəkkəbi boşaltmaq mümkün deyil. Çünki onlar qapalı flakonlardadır, özünün çıxış fırçası var".

Prezident Aparatının səlahiyyətlisi onu da bildirib ki, əgər müxalifət nümayəndələri buna da şübhə ilə yanaşırsa, onda hər bir seçicinin yanında durub yoxlama prosesinə nəzarət etsinlər.

Xəbər lenti

Xəbər lenti