...

"Amal" Ziyalı Hərəkatı seçkiləri boykot qərarından daşınıb

Siyasət Materials 3 Noyabr 2005 12:25 (UTC +04:00)

"Amal" Ziyalı Hərəkatı seçkiləri boykot qərarından daşınıb". Bu barədə Trend agentliyinə adıçəkilən hərəkatın rəhbəri Xalid Əlimirzəyev bildirib.

Qeyd edək ki, bir müddət bundan öncə hərəkatın rəhbəri seçkiləri boykot etmək məqsədilə "Azadlıq" və "Yeni Siyasət" seçki bloklarına, bir sıra siyasi partiya rəhbərlərinə müraciət ünvanlayıb. Ancaq bu müraciətlərin heç birinə müsbət cavab verilməyib.

X.Əlimirzəyev bildirib ki, seçkiləri boykot qərarından daşınmalarına səbəb prezidentin seçkilərlə bağlı imzaladığı 25 oktyabr sərəncamı olub: "Dövlət başçısının məlum sərəncamında seçicilərin mürəkkəbdən istifadə etmələri və Qeyri-Hökumət Təşkilatlarının seçkiləri izləməsi öz əksini tapdığından belə qərara gəldik ki, seçkilərə gedək", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti