...

Azərbaycan BMT-nin Özbəkistanı pisləyən qətnaməsinə qarşı çıxış edib

Siyasət Materials 23 Noyabr 2005 14:00 (UTC +04:00)

BMT-nin Baş Assambleyası Özbəkistanda insan hüquqlarının pozulması ilə bağlı narahatlığını bildirib. Trend in "Marketinq və konsaltinq" agentliyinə istinadən xəbər verdiyi kimi, BMT BA-nın Üçüncü komitəsinin nümayəndələri çərşənbə axşamı böyük səs çoxluğu ilə müvafiq qətnamə qəbul edib. Qətnamənin lehinə 73, əleyhinə isə Azərbaycan, Belorusiya, Qazaxzıstan, Rusiya, Tacikistan və Türkmənistan da daxil olmaqla 38 ölkə səs verib. 58 nümayəndə heyəti bitərəf mövqe tutub.

Sənəddə "şahidlərə" istinadən bildirilir ki, Özbəkistanın hökumət qoşunları mayda Əndicanda baş vermiş nümayişləri yatırmaq üçün qüvvədən istifadə edib ki, nəticədə şəhərin böyük sayda dinc sakini həlak olub. Sənəddə, həmçinin, "özbaşına həbslər", "müstəqil kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının Özbəkistanda fəaliyyətinə maneçiliyin törədilməsi" ilə bağlı BMT BA-nın narahatlığı bildirilir. BA Özbəkistan hökumətini "Əndicanda hadisələrin araşdırılması üzrə beynəlxalq komissiyanın yaradılması haqqında" BMT-nin tövsiyyələrini dərhal yerinə yetirməyə çağırıb.

Özbəkistanın BMT-də daimi nümayəndəsi Əlişir Vahidov ölkəsində insan hüquqları ilə bağlı vəziyyətə dair qəbul edilmiş qətnaməni AB-nin "demokratiya və insan hüquqlarına həqiqi qayğı ilə heç bir ümumi əlaqəsi olmayan siyasi cəhətdən əsaslandırılmış addımı" adlandırıb. O, ikili standartlar, seçicilik və siyasiləşdirmə praktikasının hələ də BMT-nin insan hüquqları üzrə mexanizmlərinin işində aparıcı rol oynamasından təəssüfləndiyini bildirib.

Xəbər lenti

Xəbər lenti