...

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının Konfransında iştirak edib

Siyasət Materials 25 Noyabr 2005 18:26 (UTC +04:00)

Noyabrın 25-də Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin nümayəndə heyəti Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının Konransının 8-ci iclasında iştirak edib. Bu barədə Trend ə Nazirlikdən məlumat verilib. İclasda Azərbaycanla yanaşı Qazaxıstanın, Qırğızıstanın və Türkiyüənin nümayəndə heyətləri də iştirak edib.

İclasın mövzusu beynəlxalq terrorizmlə, dini ekstremizmlə və separatizmlə mübarizə olub.

Müşahidəçilər qismində görüşdə xarici kəşfiyyat xidmətinin, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin və Ukraynanın Təhlükəsizlik Xidmətinin nümayəndələri iştirak edib.

İclasın sonunda iştirakçı dövlətlərin xüsusi xidmət orqanlarının əməkdaşlığı perspektivlərini ifadə edən yekun sənəd imzalanıb.

Konfransın növbəti iclası 2006-cı ildə Türkiyədə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti