...

Azər Mursəliyev: Azərbaycan seçim qarşısındadır

Siyasət Materials 7 Dekabr 2005 15:57 (UTC +04:00)
Azər Mursəliyev: Azərbaycan seçim qarşısındadır

Yaxın gələcəkdə Azərbaycan və Türkmənistan MDB ərazisində formalaşmış bloklardan birində birləşə bilərlər. Belə bir fikri rusiyalı ekspert, "Kommersant" qəzetinin xarici siyasət şöbəsinin müdiri Azər Mursəliyev Trend ə müsahibəsində bəyan edib.

Ekspertin fikrincə, MDB-yə daxil olan bir hissəsi daha möhkəm özəyin yaradılması ilə bağlı kurs götürüblər. Bu ölkələrin siyahısına AvrAzES (Avrasiya İqtisadi Birliyi) və KTMT (Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatı) ölkələrini daxil etmək olar. "Bu özək artıq formalaşıb. Bu, artıq yaxınlaşmaqda olan Türkmənistan və Özbəkistandan başqa Orta Asiya ölkələridir",- deyə A.Mursəliyev bildirib.

Digər tərəfdən onun fikrincə, göz qabağında olan "narıncı özək" Gürcüstan, Ukrayna və Moldovadır.

A.Mursəliyevin fikrincə, görünür ki, birinci blok Çinlə daha sıx tərəfdaşlıq kursu götürüb. Çünki bu təşkilatın üzvü olan bütün ölkələr ŞƏT-na (Şanxay Əməkdaşlıq Təşkilatı) daxildir. Onun sözlərinə görə, ikinci qrup isə, elə bu qədər aydın şəkildə Avropaya inteqrasiya kursu götürüblər ki, bu da gələcəkdə Avropa Birliyinə və NATO-ya üzv olmaq ehtimallarını artırır.

"Fikrimcə, MDB ərazisində baş verən siyasi proseslər artıq yaranmış reallıqların formalaşmasıdır", -deyə A. Mursəliyev qeyd edib. Bu zaman o bildirib ki, Azərbaycanın KTMT-na, gələcəkdə isə ŞƏT-na daxil olması demək olar ki, mümkün deyil. Çünki Bakının xarici siyasəti Ermənistanın xarici siyaəst kursu ilə müəyyən olunur və ya əksinə.

"Ermənistan artıq KTMT-nın üzvüdü və Azərbaycanın ora düşməsi artıq mümkün deyil. Azərbaycanın yalnız bir yolu qalır -Qərbə doğru irəliləmək", -deyə sonda rusiyalı ekspert bildirib.

Xəbər lenti

Xəbər lenti