...

Sərdar Cəlaloğlu: "Mitinqin mərkəzi meydanların birində keçirilməsi ilə bağlı Bakı meriyası ilə razılığa gəlmək istəyirik"

Siyasət Materials 17 Dekabr 2005 12:05 (UTC +04:00)

"Azadlıq" seçki bloku dekabrın 18-nə planlaşdırdığı mitinqin mərkəzi meydanların birində keçirilməsinə icazənin verilməsi ilə bağlı Bakı meriyasına müraciət edib". Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cələloğlu bildirib.

Qeyd edək ki, müxalifət dekabrın 18-nə planlaşdırdığı mitinqi "Qələbə" meydanında keçirmək istəyi ilə Bakı meriyasına müraciət edib. Meriya isə müxalifətə yenə də "Motodrom"un ünvanını göstərib.

S.Cəlaloğlu bildirib ki, meriya müxalifətin, müxalifət isə meriyanın təklif etdiyi yerlərlə razılaşmadığından üçüncü variant barədə razılığa gəlinməlidir: "Biz meriyaya üç ünvan - Füzuli, 28 May və Nəriman Nərimanov meydanlarını təklif etmişik. Lakin müraciətimizə cavab verilməyib".

"Azadlıq" seçki blokunun rəsmisi onu da bildirib ki, "Sərbəst Toplaşmaq haqqında" qanunun və Konstitusiyanın müvafiq müddəalarına uyğun olaraq addım atacaqlar: "Qanunda "icazə" sözü göstərilməyib, razılaşma məsələsi var".

Xəbər lenti

Xəbər lenti