...

Azərbaycan prezidenti Naxçıvan Diaqnostika Mərkəzinin təməlqoyma mərasimində iştirak edib

Siyasət Materials 19 Dekabr 2005 16:15 (UTC +04:00)

Prezident İlham Əliyev Naxçıvan Diaqnostika Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Tədbirdə NAR Ali Məclisinin sədri Vasif Talıbovun çıxışındansonra söz İlham Əliyevə verilib. O, naxçıvanlıları salamlayıb və Naxçıvanın blokada şəraitində yaşamasına baxmayaraq, sürətlə inkişaf etdiyini qeyd edib.

Diaqnostika mərkəzi bir il ərzində tikilib istifadəyə veriləcək. Mərkəzdə yüksək keyfiyyətli avadanlıqlar quraşdırılacaq, ürək əməliyyatları aparılacaq. Mərkəzin tikintisi Azərbaycan Neft şirkəti tərəfindən maliyyələşdirilir. Mərkəz 30-35 çarpayılıqdır, o, zal, təsərrüfat otaqları, zirzəmi, təcili yardım şöbəsi, funksional şöbə, urologiya şöbəsi, auditoriya, stasionar bölmə, ümumi reanimasiya şöbəsi, inzibati şöbə, cərrahiyyə və reanimasiya şöbələri və iclas zalından ibarətdir.

Xəbər lenti

Xəbər lenti