...

Prezident "Şeyxülislam" ordeninə layiq görülüb

Siyasət Materials 22 Dekabr 2005 20:35 (UTC +04:00)

"Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının qərarı ilə Azərbaycan prezidenti İlham Əliyev "Şeyxülislam" ordeninə layiq görülüb". Trend xəbər verir ki, dekabrın 22-də prezident İlham Əliyev tərəfindən qəbul edilən QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu ordeni dövlət başçısına təqdim edib.

A.Paşazadə ölkəmizdə dini-mənəvi dəyərlərə son dərəcə münbit şərait yaradıldığını və bunun prezident İlham Əliyevin qayğısı altında daim inkişaf etdiyini bildirib. Bunu dövlət başçısının mənəvi dünyamıza, islami dəyərlərə olan müsbət münasibəti ilə izah edib.

Qafqazda ilk dəfə "Şeyxülislam" ordeninin təsis edildiyini qeyd edən şeyx bildirib ki, ilk dəfə bu ordenə Heydər Əliyev dəyərli fəaliyyəti ilə layiq görülüb. Dini-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında göstərdiyi xidmətlərə görə "Şeyxülislam" ordeni prezident İlham Əliyevə təqdim edilib.

Prezident əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün davam etdirilən dini tolerantlığın bir nümunə olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti