...

Azərbaycan prezidenti "Xalçaçılıq sənətinin qorunması və inkişafı haqqında" Qanunun icrasının təmin olunması barədə fərman imzalayıb

Siyasət Materials 30 Dekabr 2005 13:37 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, prezident İlham Əliyev "Xalçaçılıq sənətinin qorunması və inkişafı haqqında" Qanunun icrasının təmin olunması barədə fərman imzalayıb.

Fərmana əsasən, "müvafiq icra hakimiyyəti orqanı"nın bu qanunun 5-ci maddəsi ilə nəzərdə tutulmuş vəzifələrini Azərbaycanın Mədəniyyət nazirliyi, qanunun 6,2-ci maddəsi ilə nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın vəzifələrini isə Təhsil nazirliyi icra edir.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti