...

Ağasəlim Mircavadov: "Biz turnirdə qalib gəlməyi çox arzulayırdıq"

Siyasət Materials 23 Yanvar 2006 11:45 (UTC +04:00)
Ağasəlim Mircavadov: "Biz turnirdə qalib gəlməyi çox arzulayırdıq"

"Rəqiblərmiz oyuna çox gümrah başlasa da, biz oyunun gedişini dəyişərək qalib gəldik". "Neftçi"nin baş məşqçisi Ağasəlim Mircavadov finalda "Kaunas"ı 2:4 hesabla məğlub etmiş yetirmələrinin Birlik Kubokunda qələbəsini belə şərh edib.

Trend in xəbər verdiyi kimi, mütəxəssis etiraf edib ki, komanda turnirdə qalib gəlməyi çox istəyirdi və o buna nail oldu. "Komandanın keçən ilki tərkibindən cəmi 4 oyunçu qalıb. İndiki "Neftçi" yeni tərkibli, lakin məqsədyönlü və möhkəm komandadır. Moskvaya yola düşməzdən qabaq biz prezident İlham Əliyevə qələbə ilə qayıtmağa söz vermişdik və sözümüzün üstündə durduq", - deyə məşqçi vurğulayıb.

O, həmçinin, hesab edir ki, "Neftçi"nin Moskvada qələbəsi futbolun inkişafı üzrə onillik dövlət proqramının ilk nəticəsidir.

Xəbər lenti

Xəbər lenti