...

Teymur Rəcəbov: Mən indi şahmatın daha az maraqlı olması ilə razı deyiləm

Siyasət Materials 1 Fevral 2006 16:06 (UTC +04:00)
Teymur Rəcəbov: Mən indi şahmatın daha az maraqlı olması ilə razı deyiləm

Məşhur Azərbaycan qrossmeystrei ilə Trend in müsahibəsi

- Hörmətli Teymur! Tezliklə Siz xalq arasında Linares adlandırılan ilin ən güclü ənənəvi beynəlxalq şahmat superturnirinə, dünya çempionatı turnirinə gedəcəksiniz. Əgər səhv etmirəmsə, bu il o, təkcə İspaniyanın Linares şəhərində keçirilməyəcək. Qarşıdakı yarış barədə, onun iştirakçıları və digər təşkilati nüanslarının təfərrüatları barədə danışın.

- Bu il Linares-2006 superturniri adətən olduğu kimi iki dövrədə keçiriləcək. Lakin yeniliklər də var. Birinci dövrə məşhur Meksika kurortlarında, ikinci isə İspaniyada, Linaresin özündə keçiriləcək. Turnirin yeni formulu Meksika hökumətinin xahişi ilə, ölkədə şahmatı populyarlaşdırmaq məqsədi ilə təşkil olunub. Turnirdə səkkiz qrossmeyster iştirak edəcək.

Məndən başqa, yarışlarda dünya çempionu Veselin Topolov (Bolqarıstan), ikinci dünya çempionu Peter Leko (Macarıstan), Dünya kubokunun qalibi Levon Aronyan (Ermənistan), Olimpiya çempionu Vasili İvançuk (Ukrayna), dəfələrlə Rusiya və Olimpiya oyunları çempionu Pyotr Svidler (Rusiya), Fransa çempionu Etyen Bakro, İspaniya çempionu Fransisko Valyexo iştirak edəcək.

- Proqnoz vermək o qədər də ürəkaçan iş deyil. Lakin hər halda, Siz bu il hansı yeri gözaltı etmisiniz?

- Bu turnirdə qabaqcadan nəyi isə görmək çox çətindir. Bu bir çox amillərdən asılıdır. Lakin şübhəsiz ki, mən maksimum nəticə göstərməyə çalışacağam.

- Sizin atanızla mən çoxdan tanışam. Hələ lap kiçik olanda o zamanlar hələ Y.Qaqarinin adını daşıyan Pionerlər Sarayının şahmat bölməsində məşğul olmuşuq. O, bu gün onu usta, bəlkə də daha böyük adla təmin edə biləcək ustalığa yaxşı namizəd qüvvəsində oynayırdı. Seçmə qrossmeyster Teymur Rəcəbovun bu günki hazırlığında atanısının hansı rolu var? Siz indi şahmatın xırdalanması, maraqsız olması və buna görə də bu gün dünyada bu qədər qrossmeysterin meydana çıxması barədə fikirlərlə razısınızmı?

- Atam mənim həm şahmatçı, həm də adi insan kimi tərbiyəmdə çox zəhmət çəkib. Mən ona mənim üçün etdikləri və etdiyi hər şeyə görə ona çox minnətdaram.

Mən hazırda şahmatın əvvəllər olduğundan daha az maraqlı olması ilə razı deyiləm. Sadəcə olaraq, idmanın bütün digər başqa növləri kimi, peşəkarlıq, hazırlıq, şahmatçıların öz üzərlərində işləməsi son dərəcə artıb. Bundan əlavə, şahmatı fəal şəkildə kompyuterə qatırlar. Ona görə də qalib gəlmək getdikcə çətinləşir.

Hərçənd ki, məhz indi qəribə görünməsə də , turnirlərin səmərəliliyi artır. İndi həm də şahmatı televiziyaya da yönəltmək istəyirlər. Əgər bunu etmək mümkün olarsa, onda şahmat inkişafa doğru yeni stimul əldə edəcək.

Qrossmeysterlərin sayının artmasına gəldikdə isə, bu bütün dünyada şahmatla məşğul olanlarının sayının artması ilə əlaqədardır. Bu, qrossmeyster adını qazanmağın mümkün olduğu turnirlərin miqdarının artmasına təsirini göstərir

Bütün bunlar qrossmeyster adının bir qədər inflyasiyasına gətirib çıxarır.

- Azərbaycanda şahmata və şahmatçılara necə yanaşırlar?

- Mənim fikrimcə, Azərbaycanda şahmata həmişə böyük hörmət olub və müvafiq olaraq şahmatçılar əməyin intellektual sahəsinin nümayəndələri kimi qəbul ediliblər. İndi əlbəttə, şahmat öz istiqamətini idmana tərəf dəyişib. Bəli, ümumilikdə, hazırda dövlətimiz idmana böyük diqqət ayırır və idmanın hər hansı bir növü üzrə idmançılara hörmət olunur. Bu, məncə, elə belə də olmalıdır. İdmanın hansı növünün olmasının fərqi nədir? Dünyada istənilən idmançının əldə etdiyi nailliyyəti faktının özü maraqlıdır.

- Siz Azərbaycan Şahmat Federasiyasının fəaliyyətindən razısınızmı? Onu Rusiyanınki ilə müqafisə etmək olarmı? Onların arasında fərq nədədir?

- Bəli, mən bizim şahmat federasiyamızın fəaliyyətindən razıyam. O, dövlətin idman strukturları, milli Olimpiya Komitələri ilə sıx əlaqədə işləyir. Bu gün ölkədə şahmatın populyarlığı heç vaxt belə səviyyədə olmayıb. İndi, mənim bildiyimə görə, federasiyamız daha yüksək keyfiyyət səviyyəsinə çatmağa imkan verən səmərəli yoollar və iş metodları axtarır.

Rusiya Şahmat Federasiyasının işi mənə o qədər də tanış deyil. Ona görə də mən bizimki ilə Rusiya Federasiyası arasında işi eyniləşdirməyə özümdə cəsarət tapa bilmərəm.

- Siz kifayət qədər dünya şahmat elitası ilə yaxınsınız. Siz adi həvəskarın KİV-dən heç vaxt öyrənə bilməyəcəyi barədə danışa bilərsinizmi? Böyük "qrossların" həyatından məzəli bir əhvalat və ya buna bənzər bir şey?

- Bax elə bunu mən bacarmaram. Çox əhvalatlar bilirəm. Ancaq hardasa bir şey danışan kimi, dərhal İnternetə düşəcək və və həmin şəxslər inciyəcək və bütün dünyada polemikalar aparılacaq. Mən belə əhvalatları İnternetdən kənar, çay stolunun arxasında danışmağa üstünlük verirəm.

-Və sonda Sizə böyük uğurlar arzulayaraq bildirmək istəyirəm ki, Trend analitik-informasiya agentliyinin simasında gücülü faanatınız var və o Sizin ölkəmizdən ilk dünya çempionu olmağınız üçün lazımi dəstək göstərməyə hər zaman hazırdır.

- Çox sağ olun. Mənə də icazə verin Sizin agentliyiniz vasitəsilə oxucularınıza ən xoş arzularımı çatdırım və məni bir idmançı kimi dəstəklədikləri üçün böyük təşəkkürümü bildirim.

Xəbər lenti

Xəbər lenti