...

İranda 64 əcnəbidə vəba xəstəliyi aşkar olunub

Cəmiyyət Materials 4 Sentyabr 2013 14:07 (UTC +04:00)
İranda 64 nəfərdə vəba epidemiyasına yoluxma halı aşkar edilib, lazımi tədbirlər görülüb və onların ümumi vəziyyəti qənaətbəxşdir.
İranda 64 əcnəbidə vəba xəstəliyi aşkar olunub

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranda 64 nəfərdə vəba epidemiyasına yoluxma halı aşkar edilib, lazımi tədbirlər görülüb və onların ümumi vəziyyəti qənaətbəxşdir. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Səhiyyə Nazirliyinin Xəstəliklərin İdarə olunması Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya deyib.

Quya bildirib ki, epidemiyaya yoluxan şəxslərin hamısı İranın şərqində yerləşən qonşu ölkələrin vətəndaşları və qeyri-leqal miqrantlardır ki, onlardan bir nəfərinin ötən gün vəziyyəti pisləşib və ölüb.

O, əlavə edib ki, vəba epidemiyasına yoluxma əsasən ölkənin Sistan və Bəluçistan və Kirman əyalətlərində aşkar edilib və epidemiyaya yoluxmada şübhəli bilinən şəxslər nəzarətə götürülüb.

İran KİV-lərinin məlumatına görə, İranda 45 ilə yaxındır ki, vəba xəstəliyinə yoluxma halları aşkarlanır. Ötən il 15 nəfərdə yoluxma halı qeydə alınmışdı.

Quya vəba xəstəliyinin ölkədə geniş yayılmadığnı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti