...

Təhsil Nazirliyi 9 və 11-ci sinif şagirdləri arasında yazıb-oxumağı bacarmayanların olmasına münasibət bildirdi

Cəmiyyət Materials 11 Fevral 2015 14:23 (UTC +04:00)
Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 9 və 11-ci sinif şagirdləri arasında yazıb-oxumağı bacarmayan şagirdlərin aşkarlanması faktına münasibət bildirib.
Təhsil Nazirliyi 9 və 11-ci sinif şagirdləri arasında yazıb-oxumağı bacarmayanların olmasına münasibət bildirdi

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 9 və 11-ci sinif şagirdləri arasında yazıb-oxumağı bacarmayan şagirdlərin aşkarlanması faktına münasibət bildirib.

Trend-in məlumatına görə, Ceyhun Bayramov jurnalistlərə deyib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri Təhsil Nazirliyində də təhlil ediləcək.

Nazir müavini Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 9 və 11-ci sinif şagirdləri arasında yazıb-oxumağı bacarmayanların aşkarlanması ilə bağlı da araşdırmaların aparılacağını qeyd edib: "Təbii ki, hər bir hal təhlil ediləcək. Nəticədən asılı olaraq, görüləcək tədbirlər müəyyənləşdiriləcək".

C.Bayramov əlavə edib ki, buraxılış imtahanlarının nəticələrini bir o qədər də pis qiymətləndirmək olmaz: "Orada müsbət dinamika var. TQDK tərəfindən ümumi orta və tam orta təhsil səviyyəsində aparılan buraxılış ımtahanlarının 2012-2014-cü illər üzrə dinamikası göstərir ki, ilbəil artım var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti