...

"Seltik"in idmançıları azərbaycanlı məcburi köçkünlərlə futbol oynadılar (FOTO)

Cəmiyyət Materials 4 Avqust 2015 16:37 (UTC +04:00)
Futbol üzrə Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” komandası ilə cavab oyunu üçün Bakıya gələn Şotlandiyanın “Seltik” klubunun üzvləri, eləcə də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Binəqədi rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində olublar.
"Seltik"in idmançıları azərbaycanlı məcburi köçkünlərlə futbol oynadılar (FOTO)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Futbol üzrə Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsində Ağdamın "Qarabağ" komandası ilə cavab oyunu üçün Bakıya gələn Şotlandiyanın "Seltik" klubunun üzvləri, eləcə də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Binəqədi rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində olublar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Komitənin sədr müavini Fuad Hüseynov futbol komandasının üzvlərinə və onları müşayiət edən mətbuat nümayəndələrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.

Sonra "Seltik" futbol klubunun üzvləri məhəllədə olan Zəngilan rayon 4 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış olublar, məktəbin idman zalında həmin məktəbin şagirdlərindən ibarət futbol komandası ilə futbol oynayıb və xatirə şəkilləri çəkdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti